| 
								 Qayçıquyruq qaranquş Əlişad  CƏFƏROV    Sayı:
							96  -  
 
							
							 
							  Ağın başqa yanadı, 
Bir yanadı qaran, quş. 
Mənə xoş xəbər gətir, 
Qayçıquyruq qaranquş. 
  
Ağın da var, qaran da, 
Niyə yoxdu sarın, quş? 
Baharlı sevincindən 
Küləkləri yaran quş. 
  
Qismətin bahar olsun, 
Görməyəsən boran, qış. 
Yazdan mənə köynək biç, 
Qayçıquyruq qaranquş. 							
 
							
						  |